Dəmir yolunda zəlzələ ilə əlaqədar gücləndirilmiş iş rejimi başladı
Dəmiryolçular bu gün baş verən zəlzələ ilə əlaqədar hərəkətə keçib.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun BAKU.WS-ə verdiyi məlumata görə, bununla əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçiblər. İnfrastruktur Departamentinin kollektivləri yollarda, körpülərdə, stansiyalarda yol, enerji təchizatı, işarəvermə və rabitə sahələrinin zəlzələdən ziyan görüb-görməməsini yoxlayırlar.
Mütəmadi yoxlamalar xırda təkanlar dayanana kimi davam edəcək.
Qeyd edək ki, bu gün saat 09.49-da Şəki ərazisində zələzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bala, respublikanın ətraf rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub. Zəlzələ 13 km dərinlikdə baş verib
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Günün ikinci zəlzələsi
Azərbaycanda daha bir zəlzələ baş verib. BAKU.WS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlu...