İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub
Ukrayna hərbçiləri "Starlink" peyk rabitə sisteminin istifadə şərtlərini pozub və ondan insanları öldürməyə yönəlmiş dron hücumlarını həyata keçirmək üçün istifadə edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "SpaceX"in rəhbəri İlon Mask bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Mülki kommersiya xidməti olan "Starlink"dən insanları öldürməyə yönəlmiş dron hücumları həyata keçirmək üçün istifadəyə heç vaxt icazə verilməyib və icazə verilməməlidir. Fərqli sistem olan "Starshield" ABŞ hökumətinin nəzarəti altındadır. Onların bununla nə edəcəyi barədə qərar vermələri tamamilə onlardan asılıdır", - o, əlavə edib.
Milyarder bildirib ki, texnologiyadan insanlara hücum üçün istifadə etməyə heç vaxt icazə verilməyib və verilməməlidir.
Mask həmçinin "Starlink"in Ukraynanın müdafiəsi üçün vacib olduğunu bildirib, çünki o, "sıxışdırıla və ya məhv edilə bilməyən yeganə sistemdir".
"Starlink" bağlanarsa, Ukrayna cəbhəsi dərhal dağılacaq. Bu, təhdid DEYİL, sadəcə faktdır", - o vurğulayıb.
Oktyabrın 14-də səhər Ukraynanın müdafiə nazirinin keçmiş müşaviri Sergey Sternenko "teleqram"da "SpaceX"in "Starlink" terminallarının sürətini saatda 60-70 km ilə məhdudlaşdırdığını bildirib. Daha sonra Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov əlaqənin saatda 160 km-ə qədər sürətlə bərpa olunduğunu bildirib. Bu, Ukrayna hərbçilərinin bir neçə hərbi əməliyyatını dayandırıb.
Mask məhdudiyyətlərə görə məsuliyyəti inkar edib, sistemin sürəti və istifadəsi ilə bağlı qərarların ABŞ hökuməti tərəfindən verildiyini iddia edib. Daha sonra "The Wall Street Journal" (WSJ) Maskın Ukraynada "Starshield" xidmətlərinin məhdudlaşdırılmasını şəxsən əmr etdiyini bildirib.
Bu gün səhər Ukrayna Prezidenti Volodimir Zelenski xidmətin bərpa olunduğunu elan edib.
Oxşar xəbərlər
35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu
Türkiyədə mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri Coşkun Necati Arabacı 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir...