Fərid Cəfərov: "Forumda iştirak etmək üçün 500-dən çox xarici qonaq dəvət olunub"
Yeniliklərdən dərhal xəbərdar olun
Forum əvvəlkildən nisbətən daha geniş proqramla çıxış edib; 4 əsas dialoq və bir neçə plenar, panel sessiyaları olmaqla cəmi 26 müxtəlif səpkidə tədbirin keçirilməsi nəzərdə tutulub.
BAKU.WS xəbər verir ki, bunu Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, Bakıda VII Mədəniyyətlərarası Dialoq Forumu öz işini davam etdirir. Tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı və çıxışı ilə keçirilmiş, panel müzakirələri və plenar sessiyalara start verilib.
"Tədbirlər həm Gülüstan Sarayında, həm də Heydər Əliyev Mərkəzində davam etməkdədir. Bu ilki forum əvvəlki illərə nisbətən daha geniş proqramla seçilir; ümumilikdə 4 əsas dialoq olmaqla, plenar və panel sessiyaları çərçivəsində 26 müxtəlif səpkidə tədbirin keçirilməsi nəzərdə tutulub".
Fərid Cəfərovun sözlərinə görə, tədbirin əsas tərəfdaşları qismində Mədəniyyət Nazirliyi ilə yanaşı, BMT-nin Sivilizasiyalararası Alyansı, UNESCO və BMT-nin Turizm Təşkilatı çıxış edir.
"Eyni zamanda mövzuya uyğun olaraq yerli dövlət qurumları və beynəlxalq təşkilatlar da prosesdə yaxından iştirak edirlər. Bu ilki forumun əsas özəlliklərindən biri hökumət nümayəndələri ilə bərabər, qadınlar, gənclər və özəl sektor nümayəndələri kimi müxtəlif seqmentlərin təmsilçilərinə də geniş yer verilməsidir".
F. Cəfərov vurğulayıb ki, ümumilikdə forumda iştirak etmək üçün 500-dən çox xarici qonaq dəvət olunmuşdur. Qonaqlar arasında beynəlxalq təşkilat və hökumət təmsilçiləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının rəhbərləri, nüfuzlu media nümayəndələri, akademik dairələr, aparıcı xarici universitetlərin professorları və gənclər liderləri də yer alırlar.
Banu Hüseynli
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...