"ASAN xidmət" mərkəzləri 2 gün işləməyəcək

ASAN xidmət mərkəzləri 2 gün işləməyəcək
Sosial 1648

24-25 sentyabr tarixlərində Qurban bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək. 

"ASAN xidmət” mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, şənbə və bazar günləri isə (26-27 sentyabr) vətəndaşlar "ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Bu gün “ASAN ödəniş” sistemi 6 saat işləməyəcək

Bu gün “ASAN ödəniş” sistemi 6 saat işləməyəcək

"ASAN ödəniş” sistemi bir neçə saat işləməyəcək. BAKU.WS-in məlumatına görə, bu gün saat 09:00-dan 15:00-a kimi görülən profilaktik tədbirlər ilə əlaqədar "ASA...

786 Sosial 09:17 11 sentyabr 2015

Son xəbərlər