Azərbaycanda yeni TV və radio yaradıldı
08
sen
2015
17:45
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. BAKU.WS-in məlumatına görə, bu barədə MTRŞ-dan APA-ya bildirilib. Verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) ümumrespublika radio yayımı və "CBC Sport” MMC-nin ümumrespublika idman televiziya kanalının yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb. MTRŞ tərəfindən "Televiziya və radio yayımı haqqında” qanunun tələblərinə uyğun olaraq dövlət yayımçısı kimi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində ümumrespublika radio yayımı, "CBC Sport” MMC-yə isə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib. Eyni zamanda iclasda yayım tezliklərindən səmərəli istifadə edilməsi ilə bağlı məsələ müzakirə edilib, dövlət yayımçılarının və özəl yayımçılarının müvafiq olaraq 37, 48 MHs yayım tezliklərində yerləşdirilməsi barədə qərar qəbul edilib. BAKU.WS
Oxşar xəbərlər
Artur Rasizadə nazirləri topladı
Sentyabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin la...