Bakıda vəzifəli şəxs işdən azad edildi

Bakıda vəzifəli şəxs işdən azad edildi
Sosial 225

Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, hələlik onun yerinə hər hansı təyinat olmayıb.

İdarənin rəis müavinləri Məlahət Famil qızı Gözəlova və Rasim Rəşid oğlu Quliyev də tutduqları vəzifələrdən azad edilərək idarə daxilində digər vəzifələrə keçiriliblər.

Qeyd edək ki, Xosrov Əbdürəhmanov bu vəzifəyə 2018-ci ilin may ayında təyin edilmişdi.

Bakıda vəzifəli şəxs işdən azad edildi

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər