Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
Yeniliklərdən dərhal xəbərdar olun
14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə olunacaq.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, siyahıda torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları, şirkətlər və bank sektorunda paylar yer alır.
Ramiz Mehdiyevə və ailə üzvlərinə aid edilən əmlakların siyahısını təqdim edirik:
1. Torpaq sahələri və üzüm bağları:
- Novxanıda üzüm bağları;
- Bakı, Abşeron və Goranboy rayonlarında ümumilikdə 216 hektar kənd təsərrüfatı torpağı;
- Novxanıda 155 hektar torpaq sahəsi;
- Xınalıq kəndində 50 hektar torpaq sahəsi.
2. Ailə üzvlərinin adına olan torpaqlar:
- Həyat yoldaşı Qalina Mehdiyevanın adına Maştağada 892 sot torpaq;
- Qızı Kamilə Əliyevanın adına 240 sot torpaq.
3. Şirkətlər və media fəaliyyəti:
- "Digital Media" MMC - 2008-ci ildə Bakıda qeydiyyatdan keçib və "Media FM" radiostansiyasının sahibidir. Ramiz Mehdiyevin nəvəsi Nigar Mehdiyevanın şirkətdə payı var.
4. Daşınmaz əmlak və kommersiya obyektləri:
- İstiqlaliyyət küçəsi, 11 ünvanında Kamilə Əliyevaya məxsus mənzil. Həmin ünvan "İnfonet" MMC və "Caspian Telekom" MMC-nin hüquqi ünvanıdır;
- Dilarə Əliyeva küçəsi, 251A ünvanındakı obyektlər;
- "Topaz" və "Qala-R.L." mənzil-tikinti kooperativləri (MTK);
- NLT MMC və "Premium Store" MMC.
5. Digər şirkətlər və ticarət mərkəzləri:
- NLT;
- "Servis";
- "Grand Palace";
- "Astoriya";
- "Astoriya Tibb Mərkəzi" MMC - 2020-ci ildən "German Hospital" adı ilə fəaliyyət göstərir;
- "Qrandezza Ticarət Mərkəzi" MMC - 2014-cü ildə açılıb, sahəsi 5 min kvadratmetrdən çoxdur;
- "Sədərək" və "Binə" ticarət mərkəzlərində paylar.
6. Bank və investisiya şirkətləri:
- "BTB" ASC - nizamnamə kapitalı 50 milyon manatdır, səhmlərinin 75 faizi Ramiz Mehdiyevin nəvəsinə məxsusdur;
- "BTB Lizinq" ASC;
- "BTB Kapital İnvestisiya Şirkəti" ASC.
7. Nəşriyyat və yaşayış binaları:
- "Şərq-Qərb Nəşriyyat Evi" MMC;
- "Qlobal East West" MMC;
- Xətai rayonu, Əhmədli qəsəbəsində nəşriyyatın ərazisində inşa edilmiş 408 mənzilli, 16 mərtəbəli yaşayış binası və yaxınlıqdakı digər 16 mərtəbəli bina.
8. Villalar və bağ evləri:
- Bakıda Tbilisi prospektində yerləşən, 36 sot ərazini əhatə edən villa - satış qiyməti 8 milyon dollar;
- Göyçay, Şamaxı və Göygöl rayonlarında bağ evləri.
Oxşar xəbərlər
BTQ: "Fransa Korsika xalqının öz gələcəyini müəyyənləşdirmək hüququna qarşı çıxır"
Bakı Təşəbbüs Qrupu (BTQ) Fransa Senatının Korsikaya muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya islahatını rədd etməsini qətiyyətlə pisləyir. BAKU.WS Ox...