Həsrət Cəfərov dünya çempionatında medalsız qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Qazaxıstanın Astana şəhərində keçirilən dünya çempionatında medal qazana bilməyib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda görüşdə Qazaxıstan təmsilçisi Bağdat Sabazla qarşılaşıb.
Gərgin keçən görüşdə rəqibinə 5:7 hesabı ilə məğlub olan Həsrət Cəfərov dünya çempionatını beşinci pillədə başa vurub.
Qeyd edək ki, dünya çempionatı noyabrın 1-dək davam edəcək. Azərbaycan yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.
Oxşar xəbərlər
Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar
Azərbaycanın yunan-Roma güləşçiləri Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatını ikinci sırada başa vurublar. BAKU.WS xəbər verir ki, Azərbaycan...