Frank Riberi Harri Keynin "Qızıl top" qələbəsinə münasibət bildirdi
Fransa millisinin sabiq yarımmüdafiəçisi Frank Riberi 2026-cı ilin "Qızıl top" mükafatının qalibi olan Harri Keyni təbrik edib.
BAKU.WS xəbər verir ki, Riberi təbrik mesajını "X" sosial şəbəkəsində paylaşıb.
Fransalı keçmiş futbolçu Keynin uğurunu onun zəhməti, təvazökarlığı və komandaya sədaqəti ilə əlaqələndirib. O, ingiltərəli hücumçunun bu mükafata layiq görülməsinin istedadla yanaşı, məqsədyönlülüyün və komanda ruhunun da önəmini göstərdiyini vurğulayıb.
Qeyd edək ki, Harri Keyn 25 ildən sonra "Qızıl top" qazanan ilk ingilis futbolçu olub. İngiltərənin bu mükafata layiq görülən sonuncu təmsilçisi 2001-ci ildə qalib gələn Maykl Ouen idi.
Keyn 2025/2026-cı illər mövsümündə "Bavariya" və İngiltərə millisinin heyətində bütün turnirlər üzrə 73 qol vurub. O, səsvermədə "Real Madrid"in hücumçusu Kilian Mbappe və "Barselona"nın futbolçusu Lamin Yamalı qabaqlayıb.
Oxşar xəbərlər
Harri Keyn "Qızıl top"un sahibi oldu
İngiltərə millisinin və Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn 2026-cı ildə "Qızıl top" mükafatına layiq görülüb. BAKU.WS xəbər verir ki, Fransanı...