"Qalatasaray" daha bir rus futbolçu almaq istəyir

Qalatasaray daha bir rus futbolçu almaq istəyir
Foto
İdman 22

"Qalatasaray" Moskva ÇSKA-sının yarımmüdafiəçisi Kirill Qlebovla ciddi şəkildə maraqlanır. Türkiyə klubu onu komandadan ayrılmaq niyyətində olan Leroy Sanenin mümkün əvəzləyicisi kimi nəzərdən keçirir.

BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Burak Eren "X" sosial şəbəkəsində paylaşım edib.

Mənbənin bildirdiyinə görə, "Qalatasaray"ın skautları mütəmadi olaraq Rusiyada keçirilən oyunları izləyirlər. Son aylarda klub potensial transfer hədəflərini hər ay müşahidə edir və Qlebov prioritet namizədlər sırasında yer alır.

20 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 16 matçda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib. "Transfermarkt" portalı onun bazar dəyərini 10 milyon avro qiymətləndirir.

Xatırladaq ki, "Qalatasaray" yay transfer pəncərəsində "Lokomotiv"dən Aleksey Batrakovu 25 milyon avroya transfer edərək heyətini gücləndirmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər