Elnur Müzəffərov: "Eldəniz Əzizlinin Qazaxıstanda qızıl medal qazanacağına inamımız böyük idi"
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Eldəniz Əzizlinin qızıl medal qazanacağına inam böyük olub.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında "Neftçi" İdman Klubunun yunan-Roma güləşi üzrə komandasının baş məşqçisi Elnur Müzəffərov deyib.
Mütəxəssis pəhləvanların yarışa hazırlıq səviyyəsini və turnirdəki çıxışlarını dəyərləndirib:
"Uşaqların hamısı məşqlərdə necə lazımdırsa, hazırlaşmışdılar. Hər biri "Neftçi" İdman Klubunun üzvüdür. Bütün güləşçilərimiz çempion olmaq məqsədilə yarışa yola düşüblər. Eldəniz Əzizlinin dünya çempionu olacağına inamımız var idi. Həmçinin Həsrət Cəfərov və Nihat Məmmədlidən gözləntilərimiz böyükdür. Sərxan Məmmədov böyüklər arasında ilk dəfə dünya çempionatında iştirak edir, burada təcrübə amili də rol oynayır".
O, bəzi güləşçilərin məğlubiyyətinin gözlənilməz olduğunu vurğulayıb:
"İslam Abbasovun məğlubiyyəti gözlənilməz oldu. Ülvi Qənizadəyə zədə özünü göstərməyə imkan vermədi, Sənan Süleymanov isə zədəsi ola-ola sonadək mübarizə apardı. Murad Əhmədiyev olimpiadadan sonra özünü göstərməli idi, amma alınmadı. Nihat Məmmədlidən gözləntimiz qızıl medaldır. Ən azı gümüş medal qazanacağına ümid edirəm. Həsrət Cəfərovun da çempion olacağına ümid bəsləyirdik. Bir neçə medal qazanacağımızı düşünürəm".
E.Müzəffərov sərbəst və qadın güləşçilərin də perspektivinə toxunub:
"Sərbəst güləş komandamız da yarışa çox yaxşı hazırlaşıb, pəhləvanlarımızdan medal gözləyirik. Qadın güləşçilərimizin də 2-3 medal qazanmaq imkanı var. Ümumilikdə millilərimizin turnirdən uğurla dönəcəyinə inanırıq".
Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. İndiyədək yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.
Oxşar xəbərlər
"Qalatasaray" daha bir rus futbolçu almaq istəyir
"Qalatasaray" Moskva ÇSKA-sının yarımmüdafiəçisi Kirill Qlebovla ciddi şəkildə maraqlanır. Türkiyə klubu onu komandadan ayrılmaq niyyətində olan Leroy Sanenin m...