Tramp "süni intellekt" terminini qadağan etmək istəyir

Tramp süni intellekt terminini qadağan etmək istəyir
Dünya 9

ABŞ-də müvafiq sənədlərdə və digər materiallarda "süni intellekt" (AI – Artificial Intelligence) terminindən istifadənin rəsmi şəkildə qadağan edilməsi planlaşdırılır və buna səbəb terminin qeyri-dəqiq hesab edilməsidir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, AI əvəzinə "superintellekt" (SI - Super Intelligence) istifadə edilməlidir, çünki bu adı artıq demək olar ki, hamı istifadə edir və ya tezliklə istifadə etməyə başlayacaq.

"Tezliklə biz qeyri-dəqiq olduğuna görə bütün müvafiq sənədlərdə və digər materiallarda AI - Artificial Intelligence termininin istifadəsini rəsmən qadağan edəcəyik", - o yazıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər