Putin G20 sammitində iştirak edəcək? - Kremldən AÇIQLAMA

Putin G20 sammitində iştirak edəcək? - Kremldən AÇIQLAMA
Dünya 31

Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitində şəxsən iştirak edib-etməyəcəyi hələ məlum deyil.

BAKU.WS xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən bildirib.

Peskov qeyd edib ki, Rusiya liderinin sammitdə iştirakı ilə bağlı hələlik yekun qərar verilməyib.

Məlumata görə, G20 sammiti dekabrın 14-15-də Mayamidə keçiriləcək.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vladimir Putini sammitdə görmək istədiyini bildirmişdi. Bununla belə, Ağ Evin rəhbəri Rusiya prezidentinin tədbirə qatılıb-qatılmayacağı ilə bağlı dəqiq mövqe açıqlamayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər