Antalyada 4 işçinin ölümünə səbəb olan burulğanın görüntüləri yayıldı
Türkiyənin Antalya şəhərində 4 işçinin ölümü ilə nəticələnən burulğanın yeni görüntüləri üzə çıxıb. Güclü burulğanın əvvəlcə müşahidə terrasına, daha sonra tikinti sahəsinə zərbə vurduğu məlum olub.
BAKU.WS xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Kepez Bələdiyyəsinə məxsus müşahidə terrasındakı masa, stul, çətir və zibil konteynerləri burulğanın təsiri ilə havaya sovrulub.
Daha sonra Fevzi Çakmak məhəlləsindəki tikinti sahəsində fəhlələrin qaldığı iki konteyner aşıb. Nəticədə iki işçi hadisə yerində, daha iki nəfər isə xəstəxanada həyatını itirib.
Hadisə zamanı yaralanan daha bir işçinin müalicəsi davam edir.
Oxşar xəbərlər
ABŞ-də quş qripinə görə milyona yaxın toyuq məhv edilib
ABŞ-nin İllinoys ştatında quş qripi yayılması nəticəsində təxminən 935 min yumurtlayan toyuq məhv edilib. Bu vəziyyət ölkədə yumurta qıtlığı və qiymət artımı il...