Azərbaycana girişi qadağan edilən türkiyəli jurnalist İstanbulda saxlanıldı
27
okt
2026
08:39
Azərbaycan tərəfindən "arzuolunmaz şəxs" elan edilən və ölkəyə girişinə qadağa qoyulan türkiyəli jurnalist Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, jurnalistin saxlanılmasına səbəb sosial şəbəkə hesablarında etdiyi paylaşımlar olub. O, İstanbul polisi tərəfindən saxlanılıb.
Qeyd edək ki, Muhammed Emin Yıldırım Azərbaycan tərəfindən ölkəyə girişi qadağan edilən 31 Türkiyə vətəndaşının siyahısında yer alır.
Oxşar xəbərlər
İsraildə parlament seçkiləri keçirilir: Netanyahu ilə müxalifət üz-üzə
İsraildə bu gün parlament seçkiləri keçirilir. Bu, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra ölkədə təşkil olunan ilk parlament seçkiləridir. BAKU.WS...