Ermənistanda məhbus məhkəmə binasından qaçdı
Ermənistanda məhkum Armavir ümumi yurisdiksiya məhkəməsinin binasından qaçıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, o, cəzasını "Armavir" cəzaçəkmə müəssisəsində çəkirmiş.
Həmin şəxs hakimin icraatında olan iş üzrə məhkəmə prosesində iştirak etmək məqsədilə oraya gətirilib. Hakim həbs qərarını elan etdikdən dərhal sonra həmin kişi oradan qaça bilib.
Hazırda yerli polis qaçan şəxsin yerinin müəyyən edilərək tapılması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bundan əvvəl Şirak vilayətində də buna bənzər hadisə qeydə alınıb. O zaman təqsirləndirilən şəxs məhkəmə binasının pəncərəsini sındıraraq qaçsa da, sonradan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Bundan sonra ona qarşı yeni ittihamlar irəli sürülmüşdü.
Oxşar xəbərlər
İranlı nazirə təbrizli qızdan sərt sual: "Hansı dildə təhsil alacaqlar?"
İranın elm nazirinin Azərbaycandakı dünyəvi təhsil qaydalarını hədəf alaraq azərbaycanlı qızları öz ölkəsinə dəvət etməsi Təbrizdə yaşayan azərbaycanlılar tərəf...