"Həzi Aslanov" metrosu ilə bağlı mühüm YENİLİK
"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub.
BAKU.WS xəbər verir ki, "Həzi Aslanov"–"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"–Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib.
Xatırladaq ki, "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar 2024-cü il noyabrın 30-dan Bakı metrosunun "Qırmızı" və "Yaşıl" xətlərində qatarların hərəkət sxemi dəyişdirilib. Həmin tarixdən qatarlar "İçərişəhər" və "Dərnəgül" stansiyalarından "Əhmədli" stansiyasına qədər hərəkət edib, "Həzi Aslanov–Əhmədli" sahəsində isə ayrıca məkik hərəkəti təşkil olunmuşdu
Oxşar xəbərlər
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı
Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. BAKU.WS "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyət...