Nazir müavini: "Azərbaycanda 800-ə yaxın avtobus yenilənəcək"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanda 700-dən 800-ə qədər avtobusun yenilənməsi nəzərdə tutulur. Eyni zamanda, bu yeni nəqliyyat vasitələrinin hər biri ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsidir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
O bildirib ki, növbəti illərdə bu keçidin tamamilə başa çatdırılması və əvvəlki dövrlərdən qalmış, artıq günün tələblərinə cavab verməyən dizel nəqliyyat vasitələrinin tamamilə dövriyyədən çıxarılması hədəf kimi müəyyən edilib:
"Bu ilin sonuna olan gözləntimiz ondan ibarətdir ki, dövriyyədə təxminən 500 belə avtobus qalacaq. Növbəti ildə isə onların da tamamilə yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur".
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...