Hökumət bu məhsulların gömrük rüsumlarını artırdı (SİYAHI)

Hökumət bu məhsulların gömrük rüsumlarını artırdı (SİYAHI)
İqtisadiyyat 3124

Nazirlər Kabineti "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklikləri təsdiq edib. 

BAKU.WS-in məlumatına görə, qərara əsasən, müəyyən edilmiş maddələrlə təsdiq edilmiş  "Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilin:

Saflaşdırılmamış mis; elektrolitik saflaşdırma üçün mis anodlar: 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

Mis və sink əsasında ərintilər (latun): 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

Mis və qalay əsasında ərintilər (tunc): 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

Digər mis ərintiləri, mis tullantıları və qırıntıları: 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

Saflaşdırılmış misin, mis ərintilərinin: 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

Mis və sink əsasında ərintilər (latun) - 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

Digərləri - 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla

Qeyd edək ki, bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 5 (beş) il müddətində qüvvədədir.

BAKU.WS

Son xəbərlər