38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Vətəndaşın iddiasına görə, buna səbəb rentgen kağızını qurutmaq üçün nəzərdə tutulan xüsusi cihazın sıradan çıxması olub.
Məsələ ilə bağlı TƏBİB-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən 38 nömrəli Şəhər Poliklinikasında rentgen cihazı işlək vəziyyətdədir.
"Havaların soyuq keçməsi ilə əlaqədar rentgen kabinetinə müvəqqəti olaraq elektrik plitəsi yerləşdirildiyi aşkar olunub və SƏTƏM tələblərinə zidd olduğu üçün təhlükəsizliyin təmin edilməsi məqsədilə rəhbərliyin göstərişi əsasında otaqdan götürülmüşdür".
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....