Avqustun 1-dən gömrükdə dəyişikliklər olacaq
"Ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən bu il azalıb".
BAKU.WS xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Kəpəz TV-yə (Region TV) müsahibəsində deyib.
Onun sözlərinə görə, gömrük nəzarətinin formalarının idxal-ixrac prosedurları üzrə tətbiqinin daha da optimallaşdırılması üçün avqustun 1-dən gömrük sahəsində yeniliklərin tətbiqinə başlanacaq. Bu yeniliklər gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, eyni zamanda məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi daşıyır.
A.Əliyev bildirib ki, idxal-ixrac əməliyyatlarına qlobal böhran və devalvasiya təsir göstərir: "Ümumi götürdükdə, kənd təsərrüfatı mallarının ixracında artım müşahidə olunur. Ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən bu il azalıb. İxracda bu, neftin 1 barelinin qiymətinin düşməsi və idxalın azalması ilə bağlıdır".
DGK sədri gömrük islahatları çərçivəsində aparılan dəyişikliklərdən də danışıb: "Qarşıda duran vəzifə ondan ibarətdir ki, yaşıl dəhliz və digər dəhlizlərin tikintisi, giriş-çıxış, axtarış sisteminin tətbiqi ilə bağlı müəyyən tapşırıqlar verilib. Bunların icrası nəticəsində avqustun 1-dən dəhlizlərin tətbiqi, eyni zamanda bu sistemin tam istifadəsi üçün tədbir görürük”.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında xarici ticarət əməliyyatlarının həcmi 6 milyard 381 milyon 408,8 min dollara bərabar olub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 31,8% azdır. Bu ilin yanvar-may aylarında Azərbaycan xaricdən 3 milyard 331 milyon 437,5 min dollar dəyərində məhsul idxal edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 18,2% azdır. Eyni zamanda bu ilin ilk 5 ayı ərzində xarici ölkələrə 3 milyard 49 milyon 971,25 min dollar dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 42,2% azdır. Beləliklə, xarici ticarət əməliyyatlarında 281 milyon 466,31 min dollar mənfi saldo yaranıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda bəzi gömrük rüsumları artırılacaq
"Bəzi gömrük rüsumlarının artırılması, bəzilərinin isə azaldılması mümkündür". BAKU.WS-in Report-a istinadla verdiyi məlumata görə, bunu Dövlət Gömrük Komitəs...