Mərkəzi Bankdan manatla bağlı vacib qərar (RƏSMİ)
Mərkəzi Bank faiz dəhlizinin parametrlərini yenidən nəzərdən keçirib.
AMB-dən BAKU.WS-ə verilən məlumata görə, İdarə Heyətinin qərarı ilə 4 mart 2016-cı il tarixindən uçot dərəcəsi 7%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi isə 17% səviyyəsində müəyyən edilib. Likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddi isə dəyişməz olaraq 2% səviyyəsində saxlanılıb.
Eyni zamanda qərara alınmışdır ki, faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə likvidliyin verilməsi və cəlb olunması əməliyyatlarının müddəti 1 gündən 7 günədək uzadılsın. Banklar qısamüddətli likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bankın çərçivə aləti olan 1-7 günlük repo/əks-repo əməliyyatlarından öz təşəbbüsləri ilə istifadə edə bilər.
Bunlardan əlavə məcburi ehtiyat normalarının differensiallaşdırılmasına dair də qərarlar qəbul edilib, müvafiq normativ baza hazırlanmışdır. Bu barədə əlavə məlumat veriləcək.
BAKU.WS
Oxşar xəbərlər
Əhali banklarda olan dollarını manata çevirəcək
Mərkəzi Bank ilə razılaşdırmaqla Fondun Himayəçilik Şurasının 1 mart 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara (Protokol № 66) əsasən 01 m...