Gürcüstan Azərbaycandan 66 mln. dollarlıq neft və neft məhsulları idxal edib
Cari ilin yanvar-sentyabr aylarında Gürcüstan ümumilikdə 972 milyon ABŞ dolları dəyərində, 1,3 milyon ton neft məhsulu idxal edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Qeyd olunub ki, idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalıb, lakin həcmi 10 faiz artıb. Artımın əsas səbəbi qlobal bazarda yanacaq qiymətlərinin ilin birinci yarısında əhəmiyyətli dərəcədə ucuzlaşması olub.
Vurğulanıb ki, Gürcüstan Azərbaycandan 66 milyon dollar (95,2 min ton) dəyərində neft və neft məhsulları idxal edib.
Oxşar xəbərlər
Belarusun Dövlət Hərbi Sənaye Komitəsi Bakıda keçiriləcək ADEX-2026 sərgisində iştirak edəcək
Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusun rəhbərlik etdiyi Belarus nümayəndə heyəti VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2026) iştirak...