Azərbaycan və Dünya Bankı dayanıqlı maliyyənin təşviqini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı arasında dayanıqlı maliyyənin təşviqi müzakirə edilib.
BAKU.WS bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Abebe Aduqna və Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın təmsil olunduğu nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı ölkədəki cari makroiqtisadi vəziyyət, iqtisadi inkişaf perspektivləri, dayanıqlı maliyyənin təşviqi, maliyyələşmə imkanlarının genişləndirilməsi, eləcə də risk əsaslı nəzarət yanaşmasının tətbiqi ilə bağlı görülən işlər müzakirə edilib.
Bununla yanaşı, maliyyə sektorunun dayanıqlılığının artırılması istiqamətində həyata keçirilən təşəbbüslər, Dünya Bankının prioritet istiqamətlər üzrə dəstək imkanları, həmçinin hər iki qurum arasında gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları və ya 0,74 % azalaraq 99,88 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...