Babək Hüseynov: "ACG-də 2 kilometrlik üfüqi quyunun qazılması böyük uğurdur"
Yeniliklərdən dərhal xəbərdar olun
Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda uzunluğu təxminən 2 kilometr olan üfüqi quyunun qazılması mühüm texnoloji uğur hesab olunur.
BAKU.WS xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov "AÇG-də hasilata dəstək: Yeni yanaşmalar və texnologiyalar" tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, quyuda açıq qravitasiya çınqıl paketi (open gravel pack completion) texnologiyasının tətbiqi və üfüqi hissənin uzunluğunun təxminən 2 kilometrə çatdırılması mürəkkəb texniki prosesdir. Bu cür əməliyyatların idarə olunması xüsusi yanaşma və qabaqcıl texnologiyalar tələb edir.
Babək Hüseynov qeyd edib ki, bu məqsədlə BP ilə birgə fəaliyyət göstərilib və müvafiq texnologiyanın Azərbaycana gətirilərək yerli yataqda tətbiq olunması təklif edilib.
SOCAR rəsmisi AÇG-də təxminən 2 kilometrlik üfüqi quyunun qazılmasını yüksək texnoloji nailiyyət kimi dəyərləndirib.
Oxşar xəbərlər
AÇG-də neftvermə əmsalının 40 faizdən çox artırılması hədəflənir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda neftvermə əmsalını 40 faizdə...