Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixlərdə leysan, dolu, sulu qar olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 20-si axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 22-dək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında deyilir.
Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...