"Öz həyətimdəki ağacı kəsmək üçün icazə lazımdır?" - Rəsmi cavab

Öz həyətimdəki ağacı kəsmək üçün icazə lazımdır? - Rəsmi cavab
Sosial 2017

Son günlər cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri "öz həyətimdəki ağacı kəsmək üçün icazə lazımdır?" sualıdır.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, bəzi hallarda vətəndaşlar bunu dövlət qurumlarından icazə almadan həyata keçirə bilərlər.

"Vətəndaş öz həyətyanı sahəsindəki ağacların "Qırmızı Kitab"a daxil edilən və təbiət abidəsi hesab olunan növlər istisna olmaqla) götürülməsini fərdi yaşayış evinin həyətyanı sahəsinə dair xüsusi mülkiyyət sənədi olduğu halda, hər hansı dövlət qurumundan icazə almadan həyata keçirə bilər", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, yaşıllıqların qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər 2000 manatdan 3000 manatadək, vəzifəli şəxslər 4000 manatdan 7000 manatadək, hüquqi şəxslər isə 25 000 manatdan 45 000 manatadək cərimə olunur.

Banu Hüseynli

Son xəbərlər