Azərbaycanda bu şəxslərə ödədikləri kommunal xərclərin 20 faizi geri qaytarılacaq

Azərbaycanda bu şəxslərə ödədikləri kommunal xərclərin 20 faizi geri qaytarılacaq
Açıqlama
Sosial 336

Azərbaycanda dövlət bir qrup sahibkarın kommunal xərclərinin 20 faizini ödəyəcək.

BAKU.WS-in məlumatına görə, güzəşt Qarabağ və Şərqi Zəngəzurda yaradılmış sənaye parklarında fəaliyyət göstərən sahibkarlara şamil olunacaq.

Məqsəd Qarabağa sərmayəni artırmaq, yeni iqtisadi inkişafı sürətləndirməkdən ibarətdir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, yeni qərarla İqtisadiyyat Nazirliyinin İqtisadi Zonanın İnkişafı Agentliyi də məhz kommunal xidmətlərlə bağlı maliyyə yardımını həyata keçiriləcək qurumlar siyahısına daxil edilib:

"Bu, o deməkdir ki, işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən sənaye parkları və məhəllələrində investisiya qoyuluşu həyata keçirən sahibkarların kommunal xidmətlərinin 20 faizi onlara qaytarılacaq. Qaydalar 10 il müddətində qüvvədədir və bu illər ərzində işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən sahibkarlar kommunal xidmətlər - elektrik enerjisi, su və digər xidmətlər üzrə ödənişlərin 20 faizini geri almaq imkanına malik olacaqlar".

Orxan Hüseyn

Son xəbərlər