Bakıda axşam saatlarında nə baş verir? - İnsanlar küçələrdə qaldı

Bakıda axşam saatlarında nə baş verir? - İnsanlar küçələrdə qaldı
Video
Sosial 70385

Onsuzda tıxacdan boğulan Bakıda yeni tədris ilinin başlanmasından sonra vəziyyət daha da gərginləşib. Günün PİK saatlarında tıxaclı yollarda sürücülərlə bərabər, ictimai nəqliyyatdan istifadə edən sərnişinlər də əziyyət çəkirlər.

Bu da şikayət 160 nömrəli sərnişin avtobusundandır. Vətəndaşların BAKU.WS-in "qaynar xətti"nə etdikləri şikayətdə bildirilir ki, Koroğlu metrosu yaxınlığında 160 saylı avtobusa minmək müşkül məsələyə çevrilib.

"Yarım saatdan çoxdur 160 saylı avtobusu gözləyirik. Hər axşam bu vəziyyətdi. Millət əziyyət çəkir", - deyə şikayətçi qeyd edib.

Rəsmi açıqlamalarda isə bildirilir ki, həmin istiqamətdə yollarda sıxlıq müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə bildirilib ki, həmin istiqamətdə yollarda tıxac hökm sürür. Bildirilir ki, Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər) yollarda sıxlıq var.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə BAKU.WS-ə əlavə edilib ki, Binə qəsəbəsini "Koroğlu" metrostansiyası ilə əlaqələndirən 160 nömrəli marşrut xəttində gündəlik olaraq 17 avtobus 7-10 dəqəqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Günün pik saatlarında marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı səbəbindən hərəkət intervalında artım müşahidə edilə bilər. Daşıyıcıya marşrut üzrə avtobusların sayının sərnişin axınına uyğun nizamlanması, günün pik saatlarında xətlərə əlavə avtobusların cəlb edilməsi və sərnişindaşıma normalarına riayət edilməsi ilə bağlı tapşırıq verilib.

Ziya SƏCCAD

Oxşar xəbərlər

Bakıdakı 298 nömrəli məktəbdə şagirdlərdən pul yığıldığı iddia olunur

Bakıdakı 298 nömrəli məktəbdə şagirdlərdən pul yığıldığı iddia olunur

Bakıdakı 298 nömrəli məktəbin rəhbərliyinin göstərişi ilə şagirdlərdən pul yığıldığı iddia olunur. Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 298...

95 Sosial 23:36 12 noyabr 2025

Son xəbərlər