Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞACAQ

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞACAQ
Açıqlama
Sosial 548

"Elketrik mühərrikli avtomobillərlə bağlı qanun layhəsi gözlənilən qərar idi. Hibrid avtomobillərə güzəşt müddəti bitsə də, elektromobillərlə bağlı güzəştin uzadılması gözlənilirdi".

Bu sözləri BAKU.WS-ə açıqlamasındaAzərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib.

O əlavə edib ki, bu güzəşin davam etməsi üçün səbəb var idi:

"Bildiyiniz kimi, ölkə başçısı cənab Prezident İlham Əliyevin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı sərəncamı var. Bu sərəncamın beşinci bəndi təmiz ətraf mühit və yaşıl artım ölkəsi adlanır. Yaşıl artım ölkəsi olmaq üçün biz nəqliyyat sektoru və Azərbaycan avtomobil parkına nəzər salmalıyıq. Avtoparkımızda həmin dönəmdə 86 faizə qədər yaşı 10 ildən yuxarı olan avtomobillərin olduğunu görürdük. Bu da bizim avtomobil parkımız vasitəsilə avtomobillərin ekologiyaya nə qədər zərər vurduğunun açıq göstəricisi idi.

Bunu nəzərə alaraq, elektrik avtomobillərlə bağlı güzəşt müddətinin artırılması 2026-cı il üçün qərar verilib. Hesab edirəm ki, bu, 2030-cu ilə qədər davam edəcək. Amma hibrid avtomobillərlə bağlı güzəştin bitməsi gözlənilirdi. Çünki bu növ avtomobillər keçid dövrü idi. Artıq elektrik mühərrili avtomoibllər üçün ölkədə yetərincə infrastruktur layihələri qurulub. İstər "Azərişıq" ASC, istərsə də 12-yə yaxın özəl şirkət tərəfindən paytaxt və digər bölgələrdə, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə şarj məntəqələri quraşdırılıb.

Bundan sonra yeni və daxili yanma mühərriki ilə çalışan avtomobillərin də bazarı bir qədər açılacaq. Onların da satış dinamikasında fərqlər hiss olunacaq. Hibridlərə olan güzəştdən sonra daxili yanma mühərrikli avtomobillərin satış dinamikası zəifləmişdi. Bu, daxili yanma mühərrikli avtomobillərin bazarına müsbət təsirini göstərəcək".

Qeyd edək ki, yeni təşəbbüsün məqsədi ekoloji təmiz nəqliyyatın stimullaşdırılması, hava çirklənməsinin azaldılması və yaşıl iqtisadiyyatın inkişafına dəstək verməkdir. Bu addım ölkədə elektrik avtomobillərinin bazarını genişləndirəcək və həmin nəqliyyat vasitələrinin qiymətinin aşağı düşməsinə şərait yaradacaq.

Orxan Hüseyn

Son xəbərlər