WhatsApp-la bağlı YENİLİK - Hər kəsi sevindirəcək

Dünyanın ən populyar mesajlaşma platformalarından biri olan "WhatsApp" istifadəçilər arasında ünsiyyətin təhlükəsizliyini və rahatlığını artırmaq məqsədilə yeni məhdudiyyət sistemi üzərində işləyir.
BAKU.WS-in məlumtına görə, platforma artıq tanımadığı şəxslərə göndərilən mesajların sayına aylıq limit tətbiq edən funksiyanı test mərhələsinə çıxarıb.
Məlumata görə, bu addımın əsas məqsədi spam mesajların və kütləvi reklam göndərişlərinin qarşısını almaqdır. Yenilik həm adi istifadəçiləri, həm də biznes hesablarını əhatə edir.
Yeni sistemə əsasən, istifadəçi tanımadığı şəxsə yalnız müəyyən sayda mesaj göndərə biləcək. Əgər qarşı tərəf cavab verməzsə və istifadəçi limiti doldurarsa, sistem həmin nömrəyə mesaj göndərilməsini müvəqqəti dayandıracaq.
Vatsap nümayəndələrinin açıqlamasında qeyd olunur ki, adi istifadəçilər bu məhdudiyyəti demək olar ki, hiss etməyəcəklər. Bununla belə, hesab limiti yaxınlaşdıqda xəbərdarlıq bildirişi göndəriləcək.
Hazırda şirkət dəqiq limit sayını açıqlamayıb, lakin bir neçə fərqli model sınaqdan keçirilir. Bu yeniliyin növbəti həftələrdə bir neçə ölkədə pilot layihə kimi tətbiq olunacağı gözlənilir.
Ekspertlər hesab edirlər ki, bu dəyişiklik "WhatsApp" istifadəçi təhlükəsizliyinə və şəxsi məlumatların qorunmasına yönəlmiş ən ciddi addımlarından biridir. Məhdudiyyətlərin tətbiqi həm də fırıldaqçılıq, saxta kampaniyalar və məlumat oğurluğu risklərini azalda bilər.
Beləliklə, yaxın zamanda Vatsap istifadəçiləri üçün mesajlaşma qaydaları bir qədər dəyişəcək – şəxsi məxfilik və təhlükəsizlik prioritetə çevriləcək.
Oxşar xəbərlər
Axar.az xəbər saytı 12 yaşını qeyd edir
Axar.az xəbər saytı 12 yaşını qeyd edir. BAKU.WS xəbər verir ki, 2013-cü il oktyabrın 19-da oxucularla ilk görüşünə gələn sayt Azərbaycanda, regionda və dünyada...
