Vəzifəli şəxsin bıçaqlandığı xəstəxanaya baş həkim təyin edildi
19
okt
2026
10:45
Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin olunub.
Qeyd edək ki, R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzinin baş həkimi vəzifəsini tutub.
Xatırladaq ki, oktyabrın 8-də həmin xəstəxanada insident yaşanıb. Hadisə zamanı direktor müavini Orxan Ənvərli bıçaqlanıb.
Oxşar xəbərlər
Bakıda 25 yeni yol çəkiləcək - Tıxac problemi NECƏ HƏLL OLUNACAQ?
Bakı və Abşeron yarımadasında nəqliyyat infrastrukturunun genişləndirilməsi planlaşdırılır. Yeni avtomobil yolları, metro stansiyaları və tramvay xətlərinin yar...