Azərbaycanda bu avtomobillərin qiyməti bahalaşacaq - Yanvarın 1-dən
Azərbaycanda yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.
BAKU.WS-in məlumatına görə, bu qərar "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, 2026-cı ilin 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək güzəşt 1 il ərzində qüvvədə qalacaq və bu müddətdə elektrik mühərrikli nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və satışı zamanı ƏDV tutulmayacaq.
Nəqliyyat eksperti Eldəniz Cəfəri BAKU.WS-ə bildirib ki, bu qərar yalnız elektromobilləri əhatə edir və ölkəmizə idxal olunan elektromobillərin həm gömrük, həm də əlavə dəyər vergisindən azad olması onu göstərir ki, dövlət ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin ölkə daxilində istismarında maraqlıdır:
"Yəni bu proqram davam etdirilir. Ola bilər ki, hibrid avtomobillər üçün tətbiq olunmuş əlavə dəyər vergi güzəşti ləğv edilsin. Bu ləğv edilərsə, təbii ki, idxal olunan yeni hibrid avtomobillərin qiymətində yüksəlmə olacaq və bu yüksəlmə daxildə satılan hibrid avtomobillərə də təsir edəcək".
Orxan Hüseyn
Oxşar xəbərlər
33 il sonra Kəlbəcərdə bayram tonqalı qalanıb
33 il sonra Kəlbəcərdə bayram tonqalı qalanıb. BAKU.WS xəbər verir ki, Kəlbəcər sakinləri Novruz bayramını bir yerdə qarşılayıb. Yerli sakinlər baharın gəlişini...