Kredit götürmək istəyənlər üçün MÜJDƏ - 50 min manata qədər pul verilir

Kredit götürmək istəyənlər üçün MÜJDƏ - 50 min manata qədər pul verilir
Sosial 431

Azərbaycanda mikro sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün portfel təminatı mexanizmi istifadəyə verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kredit Zəmanət Departamentinin direktoru Elşən Kərimov deyib.

"Aparılan təhlillərə əsasən, İKZF-nın kredit-zəmanət mexanizmindən mikro sahibkarlıq subyekləri kənarda qalır. Bu boşluğu bağlamaq üçün portfel təminatı mexanizmini formalaşdırdıq", - E. Kərimov bildirib.

Onun sözlərinə görə, portfel təminatı mexanizmi daha çox mikro sahibkarlıq subyektlərinə şamil ediləcək: "Bu mexanizmin parametrləri minimum 5 min manat, maksimum 50 min manat həcmində nəzərdə tutulub. Kreditin müddəti isə minmum 3 ay, maksimum 3 il ola bilər. Portfel təminatı müxanizmi çərçivəsində verilən kreditlərin maksimal faiz dərəcəsi 25 %-dən çox olmamalıdır. Bu gün bu mexanizm çərçivəsində 350-yə yaxın sahibkarlıq subyektinin maliyyələşməsinə nail olmuşuq.

Təhlillər zamanı müəyyən edildi ki, orta çek 5-10 min manat aralığında nəzərdə tutulub. Bu da, həm say nöqteyi-nəzərindən, həm də daha çox sahibkarlıq subyektinin faydalanması nöqteyi-nəzərindən faydalıdır. Ancaq, bu mexanizm çərçivəsində subsidiya verilməsi nəzərdə tutulmayıb".

E. Kərimov əlavə edib ki, portfel təminatı mexanizmi çərçivəsində İKZF 75 %-ə qədər zəmanət verir: "İlin əvvəlində hər bir bank üçün limit müəyyən edilir. Limitlər müəyyən edildikdən sonra müvəkkil banklara zəmanət məktubları ünvanlanır ki, sizə bu həcmdə portfel formalaşdırmaq səlahiyyəti verilir. Bu layihəyə yeni başlansa da, artıq əldə edilən nəticələr bizi qane edir".

Son xəbərlər