Belarusda VKontakte sosial şəbəkəsi BLOKLANDI
Belarusda "VKontakte" sosial şəbəkəsinə giriş bloklanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Belarusun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tabe olan Elektrorabitə üzrə Dövlət Müfəttişliyi (BelGİE) məlumat yayıb.
"Milli Təhlükəsizlik Komitəsinin təqdimatı əsasında informasiya resursuna giriş məhdudlaşdırılıb. Məhdudiyyətin müddəti hələlik məlum deyil", – deyə məlumatda qeyd olunur.
Kompüterdən vk.com saytına daxil olmağa cəhd edildikdə "Belarus Respublikasının "Kütləvi informasiya vasitələri haqqında" qanununa əsasən, Belarusun İnformasiya Nazirliyinin qərarı ilə bu informasiya resursuna giriş məhdudlaşdırılıb" məzmunlu bildiriş ekranda görünür.
"VKontakte"nin mətbuat xidməti açıqlamasında vəziyyəti araşdırdıqlarını bildirib.
"[Şirkət] Belarusda milyonlarla istifadəçi üçün sosial şəbəkə xidmətlərinin mümkün qədər tez yenidən əlçatan olması üçün zəruri addımlar atır", – deyə qeyd olunub.
Oxşar xəbərlər
HƏMAS Qəzzanı kimin idarə edəcəyini AÇIQLADI
Qəzzanın bərpası proseslərinin maliyyələşdirilməsi və həyata keçirilməsi xüsusi beynəlxalq komissiya tərəfindən nəzarət olunacaq. BAKU.WS-in məlumatına görə, b...