Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib
24
okt
2025
22:40
Sinqapurun Çanqi Beynəlxalq Hava Limanı Forbes Travel Guide versiyasına görə dünyanın ən yaxşı hava limanı elan edilib.
BAKU.WS xəbər verir ki, mütəxəssislər hava limanının unikal xüsusiyyətlərini xüsusilə vurğulayıblar - burada dünyanın ən hündür qapalı məkan şəlaləsi, sutka boyu fəaliyyət göstərən kinozal və uçan təyyarələrə baxış imkanı olan damüstü hovuz yerləşir. Bu barədə bələdçinin saytında məlumat verilib.
Dəfələrlə beynəlxalq mükafatlara layiq görülmüş Sinqapur hava limanı sərnişinlərə kəpənəklər və bambuk bağları, eləcə də cakuzi (istirahət vannası) təqdim edir.
Oxşar xəbərlər
Naxçıvan şəhərində geniş Zəfər Parkı inşa olunacaq
Naxçıvan şəhərinin yeni baş planına uyğun olaraq şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə geniş Zəfər Parkı inşa olunacaq. BAKU.WS xəbər verir ki, bu...