Pensiya yaşı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Pensiya yaşı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR
Açıqlama
Sosial 807

"Pensiya yaşının artırılması müzakirə olunmur. Bu ödənişlərlə bağlı hər hansı bir çətinlik yoxdur. Pensiya sistemi dayanıqlıdır və mövcud imkanlar gəlirlər pensiya ödənişləri həyata keçirməyə imkan yaradır".

Bu sözləri BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, Maliyyə Nazirliyi tərəfindən hazırlanmış hesabatda pensiya ödənişləri ilə orta ömür müddəti arasında fərq müqayisə olunub:

"Dayanıqlıqla bağlı qeydlər hesabatda öz əksini tapıb və bu istiqamətdə mətbuatda müxtəlif xəbərlər verilib. Xüsusən qeyd etmək istərdik ki, hazırda pensiya sistemi dayanıqlıdır və mövcud gəlirlər Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bütövlükdə xərcləri qarşılamaq və pensiya ödənişlərini həyata keçirməyə imkan yaradır.

Ona görə hazırda pensiya yaşının artırılması müzakirə mövzusu deyil. Bununla bağlı hər hansı bir layihə təqdim olunmayıb. Hesabatda qeyd edilən məqamlar heç də pensiya yaşının artırılması və ya pensiyada maliyyə dayanıqsızlığı anlamına gəlmir.

Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində artımlar var. Eyni zamanda buna uyğun olaraq xərclər də artırılıb. Çünki DSMF həm də sosial paketin reallaşmasına uyğun olaraq 2025-ci ildə xərclərini təxminən 10 faizə yaxın artırıb. Bu isə əvvəlki ildən müqayisədə daha çox vəsaitin ayrılması anlamına gəlir".

Orxan Hüseyn

Son xəbərlər