Sabah bir rayonda işıq olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 31-də Şahbuz rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.
Bildirilib ki, 110/35/10 kV-luq Xalxal yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar 35 kV-luq hava elektrik xəttində enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Bununla əlaqədar, oktyabrın 31-də saat 10:00-dan 13:00-dək Şahbuz rayonunda elektrik enerjisinin verilişində fasilə olacaq.
Qeyd edilib ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
Oxşar xəbərlər
Bir sıra ərazilər qazsız qalacaq
Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəq...