Saçların ciddi zədələndiyini göstərən 5 əlamət
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı trixoloq Eduard Buçarov saçların ciddi zədələnməsini göstərən beş əsas əlaməti açıqlayıb.
BAKU.WS xəbər verir ki, mütəxəssis bu barədə "Çempionat" nəşrinə danışıb.
Onun sözlərinə görə, saçlarda quruluq, sərtlik və kövrəklik ciddi struktur dəyişikliklərinin göstəricisi ola bilər. Saçların daranarkən asanlıqla qırılması və uclarının davamlı haçalanması da diqqət yetirilməli əlamətlər sırasındadır.
Həkim bildirib ki, saçların uzanmasının nəzərəçarpacaq dərəcədə yavaşlaması, ayrım xəttinin genişlənməsi və həcmin azalması saç follikullarında problemlərdən xəbər verə bilər.
Güclü saç tökülməsi də ciddi siqnallardan biridir. Gündə 100-ə qədər saç telinin tökülməsi normal hesab edilsə də, tökülmənin artması endokrin pozğunluqlar, yumurtalıqların polikistik sindromu, stress və hormonal dəyişikliklərlə əlaqəli ola bilər.
Baş dərisində qaşınma, qızartı və qıcıqlanma isə seboreik dermatit, göbələk xəstəlikləri və ya allergik reaksiyaların əlaməti ola bilər.
Mütəxəssis bu əlamətlər müşahidə olunduqda ev şəraitində maska və qulluq vasitələri ilə kifayətlənməməyi, həkimə müraciət etməyi tövsiyə edib.
Oxşar xəbərlər
Roman Abramoviç Bakıya gəlib
Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıda səfərdədir. Onun yanında bəzi KİV-lərin sevgilisi kimi təqdim etdiyi ukraynalı model Natalya Qotsiy də görülüb...