Həkim xərçəng xəstəliyinin beş az bilinən əlamətini açıqladı

Həkim xərçəng xəstəliyinin beş az bilinən əlamətini açıqladı
Digər 35

Davamlı yorğunluq, yuxululuq və səsin xırıltılı olması bəzən mövsümi dəyişikliklər və ya soyuqdəymə ilə əlaqəli olmaya, daha ciddi sağlamlıq probleminin, o cümlədən onkoloji xəstəliyin əlaməti kimi ortaya çıxa bilər.

BAKU.WS-in məlumatına görə, bərpa təbabəti üzrə həkim, nevroloq Aleksey Mamatov bu barədə "gazeta.ru"ya danışıb.

Mütəxəssis bildirib ki, orqanizmdə uzun müddət davam edən və səbəbi aydın olmayan dəyişikliklərə diqqət yetirmək vacibdir. Bu əlamətlərə kompleks şəkildə yanaşmaq mümkün riskləri vaxtında müəyyənləşdirməyə kömək edə bilər.

Həkimin diqqət çəkdiyi ilk əlamət istirahətdən sonra da keçməyən yorğunluq, yuxululuq və halsızlıqdır. Onun sözlərinə görə, mövsümi yorğunluğun adətən müəyyən səbəbləri olur və normal yuxu, istirahət nəticəsində vəziyyət yaxşılaşır. Lakin bu hallar uzun müddət davam edirsə, səbəbi araşdırılmalıdır.

İkinci əlamət isə səsin xırıltılı olması və ya əvvəlkindən fərqli səslənməsidir. Xüsusilə soyuqdəymə və digər respirator infeksiyalara xas simptomlar olmadığı, yaxud xəstəlik keçdikdən sonra səsdəki dəyişiklik davam etdiyi halda bu vəziyyət diqqətdən kənarda qalmamalıdır.

Mamatovun sadaladığı digər xəbərdaredici əlamətlərə səbəbi aydın olmayan kəskin çəki itkisi, qidalanma rejimi dəyişməsə belə arıqlama, iştahanın nəzərəçarpacaq dərəcədə azalması və mədə-bağırsaq sisteminin fəaliyyətində qeyri-adi dəyişikliklər daxildir.

Həkim fiziki fəaliyyət zamanı yaranan çətinlikləri də mümkün siqnallardan biri kimi qeyd edib. Adi hərəkətlər zamanı təngnəfəslik, halsızlıq və pilləkənlə qalxmaqda əvvəlkindən daha çox çətinlik çəkmək də araşdırılmalı olan əlamətlər sırasındadır.

Bununla belə, mütəxəssis vurğulayıb ki, sadalanan əlamətlərdən birinin və ya ikisinin müşahidə olunması mütləq xərçəng xəstəliyinin olması demək deyil. Bu simptomlar başqa sağlamlıq problemləri ilə də əlaqəli ola bilər. Əsas məsələ yeni yaranan, uzun müddət davam edən və səbəbi izah olunmayan dəyişiklikləri diqqətdən kənarda qoymamaq, belə hallarda həkimə müraciət etməkdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər