Azərbaycan cüdoçusu İslam Rəhimov İtaliyada Avropa çempionu olub
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb.
BAKU.WS Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıl olaraq Kristian Butuçini (Xorvatiya), Aleksi Renarı (Fransa) və yarımfinalda Qaqik Martirosyanı (Ukrayna) məğlub edərək finala yüksəlib.
O, həlledici görüşdə Niderland təmsilçisi Yoxem van Hartenə ipponla qalib gələrək Avropa çempionu adını qazanıb.
İslam Rəhimov bununla ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi olub. Cüdoçu 2025-ci ildə də eyni çəki dərəcəsində qızıl medala sahib çıxmış, finalda məhz Yoxem van Harteni üstələmişdi.
Qeyd edək ki, Neapolda keçirilən fərdi yarışlara 36 ölkədən 275 cüdoçu qatılıb.
Oxşar xəbərlər
"Turan Tovuz" - "Sabah" qarşılaşmasında 5 qol vuruldu, çempion məğlub oldu
Misli Premyer Liqasının 10-cu turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub. BAKU.WS xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblə...