"Neftçi" Bosniya və Herseqovina millisinin qapıçısını transfer edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" Bosniya və Herseqovina millisinin qapıçısını transfer edib.
BAKU.WS Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kenan Piriçlə 2 illik müqavilə bağlanıb.
Vətənindən başqa, Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında oynayan 31 yaşlı qolkiper 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionu olub.
O, 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib.
Qeyd edək ki, K.Piriç millinin heyətində 8 oyun keçirib.
Oxşar xəbərlər
"Trabzonspor"lu futbolçu, azərbaycanlı həkim və silah...
Polşalı sabiq futbolçu Miroslav Şımkovyak Türkiyənin "Trabzonspor" klubunda çıxış etdiyi dövrdə yaşadığı maraqlı hadisəni danışıb. BAKU.WS xəbər verir ki, o, Tr...