Qaradağda yeni körpü tikilir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən M2 Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yerləşən daha bir körpünün sökülərək yenidən tikintisinə başlanılıb.
BAKU.WS bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, bu, Qobustan qəsəbəsi ərazisində yenilənən sayca 4-cü, ümumilikdə isə son aylarda Qaradağ rayonunda yenidən tikintisinə başlanılan 6-cı körpüdür.
Mövcud körpünün istismar müddətini başa vurması və texniki vəziyyəti nəzərə alınaraq onun yerində müasir tələblərə cavab verən yeni körpünün inşası nəzərdə tutulur.
Qeyd edək ki, son aylarda Qobustan qəsəbəsi ərazisində yerləşən üç körpünün tikintisi yekunlaşdırılıb. Bundan əlavə, Qaradağ rayonunun Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü və Lökbatan–Güzdək avtomobil yolunun 2,2-ci kilometrliyində yerləşən körpülər də yenidən tikilərək istifadəyə verilib.
Hazırda isə Qobustan qəsəbəsi ərazisində növbəti körpünün yenidən qurulması istiqamətində işlər həyata keçirilir.
Oxşar xəbərlər
"Müəllimlərin orta aylıq maaşı 1030 manatdır"
"Müəllimlərin əməkhaqqısı ən çox müzakirə olunan məsələlərdəndir". BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kə...