İlham Əliyev Fransa xalqına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda başsağlığı verib.
BAKU.WS-in məlumatına görə, başsağlığında deyilir: "Paris şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu ağır anlarda biz Fransa xalqı ilə, Sizinləyik. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev gecə klubundakı yanğına görə başsağlığı verdi
Azərbaycan prezidenti İlham Əliyev Rumıniyanın prezidenti Klaus İohannisə başsağlığı verib. BAKU.WS-in məlumatına görə, başsağlığı məktubunda deyilir: "Buxa...