İlham Əliyev həmkarına Pakistandakı faciə ilə bağlı başsağlığı verdi
27
okt
2015
17:44
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə başsağlığı məktubu ünvanlayıb.
BAKU.WS-in məlumatına görə, məktubda deyilir:
"Ölkənizdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!"
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Ollanda başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda başsağlığı məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda dövlətimizin başçısı Fransad...