İlham Əliyev Səudiyyə kralına başsağlığı verdi
Azərbaycan prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib. BAKU.WS-in məlumatına görə, dövlət başçısının məktubunda deyilir: "Əlahəzrət, Əziz Qardaşım, Məkkə şəhərindəki Məscidül-Həramda baş vermiş faciə nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Kəbədə ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur (RƏSMİ)
Məkkə şəhərində Məscidi Həramda baş vermiş faciədə ölən və yaralılar arasında azərbaycanlı zəvvarlar olmayıb. Bu barədə BAKU.WS-ə Qafqaz Müsəlmanları İdarəsini...