İlham Əliyev təyyarə qəzasına görə başsağlığı verdi
Prezident İlham Əliyev İndoneziya Respublikasının prezidenti Coko Vidodoya başsağlığı verib.
BAKU.WS-in məlumatına görə, başsağlığı məktubunda deyilir:
"Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
Xatırladaq ki, İndoneziyanın "Trigana Air Service” aviaşirkətinə məxsus göyərtəsində 54 sərnişin olan təyyarə avqustun 16-da Yeni Qvineya adasının İndoneziyaya məxsus hissəsində radarların ekranından itib. Yerli polis laynerin Oksibil şəhərinə eniş etməyə 10 dəqiqə qalmış düşdüyünü bildirib.
İndoneziya Nəqliyyat Nazirliyinin nümayəndəsi isə yerli əhalinin təyyarənin qəzaya uğraması barədə məlumat verdiyini bildirib. Sonradan xilasedicilər ərazidə təyyarənin tüstülənən qırıntılarını aşkar ediblər. Basarnas-ın məlumatına görə, təyyarədəki sərnişinlərin hamısı İndoneziya vətəndaşıdır.
Oxşar xəbərlər
Prezident büdcədən 3 milyon ayırdı
Prezident İlham Əliyev Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb...