AZAL Bakı-Moskva təyyarəsində bomba olması xəbərinə reaksiya verdi

AZAL Bakı-Moskva təyyarəsində bomba olması xəbərinə reaksiya verdi
Hadisə 1767

Bu gün Bakı-Moskva aviareysi üzrə uçmalı olan təyyarədə bomba olması barədə yayılan məlumat doğru deyil. BAKU. WS-in məlumatına görə, bunu "Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirblər. 

Məlumata görə, sərnişinlərdən birinin vəziyyəti pisləşdikdən sonra o, uçmaqdan imtina edib. Prosedura uyğun olaraq isə bütün sərnişinlər, həmçinin baqaj yenidən yoxlanışdan keçib.

Hazırda bütün sərnişinlər təyyarədə öz yerlərini alıb və təyyarə uçuşa hazırlaşır.

Qeyd edək ki, bu gün saat 10:40-da yerinə yetirilməsi planlaşdırılan Bakı-Moskva aviareysinin təxirə salınmasının səbəbi təyyarədəki baqajların birində bomba olması ilə bağlı sərnişinlərdən birinin xəbərdarlıq etməsi ilə bağlı olduğu bildirilirdi.  

Bu barədə "Report"a Heydər Əliyev Hava Limanındakı növbətçi polis əməkdaşları məlumat verib.

Məlumata görə, Moldova vətəndaşı olan xanım Anjela Girvik adlı sərnişin bu xəbəri digər sərnişinlər və təyyarənin şəxsi heyəti arasında yayıb.

Qeyd edək ki, həmin şəxs artıq hava limanındakı polis bölməsinə aparılıb və dindirilir.

Artıq təyyarənin yük yerində olan baqaj da boşaldılıb. Hər bir sərnişin sahib olduğu baqaja yaxınlaşaraq hüquq-mühafizə orqanlarına yükün içini təqdim edir, prosesə xüsusi təlim keçmiş itlər cəlb olunub.

Xatırladaq ki, bu gün saat 10:40-da Bakıdan Moskvaya uçmalı olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus "Airbus-320" təyyarəsində gecikmə olub.

BAKU. WS

Oxşar xəbərlər

Bakı-Moskva təyyarəsində bomba həyəcanı

Bakı-Moskva təyyarəsində bomba həyəcanı

Bu gün saat 10:40-da yerinə yetirilməsi planlaşdırılan Bakı-Moskva aviareysinin təxirə salınmasının səbəbi təyyarədəki baqajların birində bomba olması ilə bağlı...

1294 Hadisə 13:12 06 avqust 2015

Son xəbərlər