Putin Azərbaycan tarixinə heyran qaldı
Rusiya prezidenti Vladimir Putin Moskvada Azərbaycan Sərgi Mərkəzini ziyarət edib.
BAKU.WS-in məlumatına görə, Azərbaycanın Moskva səfirliyindən bildirilib ki, ziyarət əsnasında Putinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Moskva meri Sergey Sobyanin və digər rus və azərbaycanlı rəsmiləri yoldaşlıq edib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya dövlət başçısına mərkəzlə əlaqədar qısa məlumatlar verib. Putinin Azərbaycanın tarixi-mədəni mirasıyla əlaqədar layihələri maraqla izlədiyi ifadə edilib.
P.Bülbüloğlu Sovet dövründə də Azərbaycanın nəhəng sərgi mərkəzinin əhəmiyyətli fəaliyyətlərdə olduğunu izah edib. Səfir Heydər Əliyev Fondunun sərginin yenidən qurulması işlərində əhəmiyyətli işlər gördüyünü də sözlərinə əlavə edib.
Azad Əliyev
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın əməkdar artisti vəfat etdi (FOTO)
Ötən gecə Azərbaycanın əməkdar artisti Tanilə Əhmərova dünyasını dəyişib. BAKU.WS-in məlumatına görə, Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra 65 yaşında və...