Prezident büdcədən 3 milyon ayırdı

Prezident büdcədən 3 milyon ayırdı
İqtisadiyyat 1511

 

Prezident İlham Əliyev Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir: 

"İyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda sürücü jurnalistə hücum çəkdi (VİDEO)

Azərbaycanda sürücü jurnalistə hücum çəkdi (VİDEO)

Yol polisinin Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində apardığı reyd zamanı sənədləri yoxlanılan sürücü jurnalistə hücüm çəkib. BAKU.WS-...

1819 Hadisə 10:09 17 avqust 2015

Son xəbərlər